Xəbər lenti
Arxiv açıldı: Hitler intihar etməyib, qaçıb – Şok foto

Hitlerin intihar etməməsi ilə bağlı vaxtaşırı olaraq gündəmə gələn məlumat FTX məxfi sənədlərinin açılması ilə bir daha böyük marağa səbəb olub.
FTX-nin üstündən məxfilik qrifi götürülən 3 min sənədi arasında Con Kennedinin qətli ilə yanaşı, Adolf Hitlerin 1945-ci ildə Berlində intihar etmədiyi, qaçaraq xilas olduğu və Cənubi Amerikada gizləndiyi barədə məruzə də üzə çıxıb.
Bildirilir ki, Cənubi Amerikada Hitler ən azı 1954-cü ilə qədər yaşayıb və bu ildə onu görənlər olub.
“Keçmiş SS üzvü, Niderland Krallığının gəmi şirkətinin işçisi olan Sitroen təsdiqləyib ki, fürerlə ayda bir dəfə Marakaybo və Kolumbiyaya ezamiyyəti zamanı görüşüblər”, - sənəddə deyilir.
Həmçinin məxfi sənədə Sitroen və Hitlerin 1954-cü ildə Tunxada (Kolumbiya) çəkdirdikləri fotonun surətinin əlavə olunduğu üzə çıxıb. Sitroenin sözlərinə görə, 1955-ci ildə Hitler Argentinaya gəlib və bundan sonra onların heç bir görüşü olmayıb.
FTX sənədin və fotonun səhihliyini təsdiqləməyib.(axar.az)
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar