Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan telekanallarında 12+ 18+...

Tarix: 30-10-2017 09:02     Baxış: 4266 A- / A+
Azərbaycan telekanallarında 12+ 18+...
Milli Televiziya və Radio Şurası (MTRŞ) uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, mənəvi və əqli inkişafına ziyan vura bilən və televiziya məkanında kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlardan qorunması üçün daimi monitorinqlər aparır və müvafiq tədbirlər həyata keçirir.
Manevr.az xəbər verir ki, bunu trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
T.Dadaşov bildirib ki, tele-radio haqqında qanunvericilikdə konkret tələblər var ki, televiziya kanalları o tələblərə riayət etməlidir.
Onun sözlərinə görə, uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, mənəvi və əqli inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydalar var: “Bu qaydalarda bir çox məsələlər öz əksini tapıb ki, bunların da məqsədi uşaqların və yeniyetmələrin mənafeyini qorumaq üçün nəzərdə tutulub. Efirdə fiziki və psixi zorakılıq hallarının əks olunduğu səhnələrin, qorxulu və dəhşətli filmlərin yer alması, tibbi əhəmiyyət kəsb edən əməliyyatların, hipnoz əməliyyatların, kriminal fəaliyyəti, spirtli içkilərin, narkotik vasitələrin, tütün məmulatlarının istifadə edilməsinin əks olunduğu səhnələrin yayımlanması, qumar oyunlarının, idman mərc oyunlarının təbliği ilə bağlı olan və digər məsələlər bu qaydalarla tənzimlənir. Bizim tez-tez rast gəldiyimiz məsələ bu halların qeyd olunduğu səhnələrin yayımı efirdə məhdudlaşdırılır. Bu məhdudlaşdırma səhər saat 07:00-dan axşam saat 23:00-ə qədər müddətdir. +12, +18 və digər yaş məhdudiyyətlərinin qoyulması isə televiziyaların daxili yaradıcılıq işidir”.

T.Dadaşov qeyd edib ki, əgər yuxarıda qeyd olunan hallar aşkar olunursa, MTRŞ tərəfindən bununla bağlı müvafiq tədbirlər görülür: “Qeyd edim ki, əvvəlki dövrlərdə belə hallara tez-tez rast gəlinirdi. MTRŞ bununla bağlı müvafiq tədbirlər görüb, cərimələr edirdi. Son vaxtlar bu məsələlər müəyyən qədər azalıb, amma yenə də bu o demək deyil ki, belə hallar tam aradan qaldırılıb. MTRŞ daimi monitorinqlər keçirir və bunları izləyir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar