Xəbər lenti
“Kriminal dünyası”nın ilk qadın “oğru”su: Yaponçikin sevgilisi, “qanuni oğru”nun anası : Milyonlara sahib oldu və qəfildən…
Kriminal aləmdə “qanuni oğru”lardan danışanda söhbətin ancaq kişilərdən getidiyini düşünmək səhv olardı. “Oğru dünyası”nda adından söz etdirən qadınlar da olub. Bunlardan birincisi nüfuzu ilə kişilərdən heç də geri qalmayan Kalina Nikifirovadır.
Cebhe.info xəbər verir ki, onun barəsində əfsanələr gəzir. Məşhur “Yaponçik”in sevgilisi, “qanuni oğru”nun anası. O demək olar ki, ilk qadın “qanuni oğru” olub. “Hesabında” çox sayda valyuta maxinasiyası, quldurluq, soyğun, fırıldaqçılıq var. Əgər kişi olsaydı, bəlkə də 20 yaşında “taclandırılardı”. Ancaq “oğru qanunları”na görə, nə qədər “cəsur” olursa-olsun qadınlara heç bir “sxodka”da status verilmir.
Ancaq Kalinanı ilk qadın “oğru” hesab etmək olar. Onun layiq olduğu bu adı özünə yox, oğlu Viktora veriblər. “Oğru aləmi” qanunları poza bilməzdi. Buna görə də anasının “əməyinə” görə məhz oğlu “mükafatandırıldı”, status aldı. Bununla da kifayətlənmədilər. Oğlu Viktor kriminal aləmdə məhz anasının adı ilə “Viktor Kalina” kimi tanındı.
Kalina milliyətcə yəhudidir. Əvvəl zərgərlə ailə qurub, ancaq bu adam yaşca bəlkə atasından da böyük idi, babası yaşındaydı. Deyirdilər ki, Kalina sevgiylə ərə gedib. Ancaq maddi təminat da üstün səviyyədə idi. Əri dünyasını dəyişəndən sonra bütün var-dövləti Kalinaya qaldı. Heç də az məbləğ deyildi. Ərinin milyonlarını xərcləyərək problemsiz yaşaya bilərdi. Ancaq Kalina işləməyə qərar verdi. Gözəl, ağıllı, ecazkar təbəssümlü bu qadın ilk baxışdan hər kəsin diqqətini özünə cəlb edə bilirdi. Qısa müddətdə özünə ətraf topladı, nüfuzu artdı, təkcə valyuta satanların, fırıldaçıların yox, həm də məmurların diqqət mərkəzinə düşdü. Kriminal aləmdə onu himayəyə götürənlər də tapıldı. Bunlardan biri də Yaponçik ləqəbli Vyaçeslav İvankov idi.
Kalina qanunsuz fəaliyyətə valyutanın satışı ilə başladı. İş yeri olan “Beryozka”dan qanunsuz mal satışı da bura aid idi. Sonra valyuta maxinasiyalarına qarışdı, varlıların evinə təşkil edilən soyğunlarda adı çəkildı, oğurlanan malları gizlətdi. Bir müddət sonra milis Kalinanı diqqətə aldı, çox keçmədən həbs olundu və beləliklə həm ilk, həm də son həbsini çəkdi. Həbs həyatı uzun sürmədi, cıxandan sonra artıq “xırda balıq arxasınca qaçmayacağını” bildirdi. Bundan sonra fəaliyyətini dəyişdi. “Oğru aləmi”nin “beyninə” çevrildi.
O, cinayətkarları cinayət hüququ barədə məlumatladırır, hadisələri izləyir və kriminal xəbərlərdən məlumatlı olurdu. Maraqlıdır ki, təkcə istintaqçıları aldatmırdı, eyni zamanda bütün hüquq-mühafizə orqanlarını aldada bilirdi. Çıxandan sonra OBXS, yəni İqtisadi Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə işləməyə başladı. İllər ərzində o, öz rəqiblərini sıradan çıxara bilirdi, amma eyni zamanda həm milisin, həm də “oğru”ların öz adamı olaraq qalırdı. Milis “Yulenka” adlandırdığı bu qadından məlumat aldığına sevinir, “oğru dünyası” isə dəyərli məsləhətlərinə görə ona minnətdar olurdu. Nə “oğru”lar, nə də milislər ağıllarına belə gətirmirdilər ki, Kalina eyni zamanda həm donosçu, həm də cinayətkardır.
Kalinanın şəxsi həyatı sirr pərdəsinə bürünüb. Ancaq deyirlər ki, o, Yaponçikin həm də sevgilisi olub. “Oğru qanunları”na görə belə adamlar evlənməli, ailə sahibi olmalı deyildilər. Ancaq “oğru dünyası”nda onları “oğru ailəsi” hesab edirdilər. İş əlaqəsi sonradan sevgi macərasına çevrilmişdi. Yaponçiki maşın qaçırılması ilə bağlı həbs etməyə hazırlaşanda Kalina onun alibilərini müdafiə etmişdi, baxmayaraq ki, özü o zaman kaloniyada idi.
40 yaşlarında bu qadın artıq milyoner idi, ancaq sosializmdə öz pulundan istədiyi kimi istifadə edə bilmirdi. Qanunsuz olaraq Amerikaya getməyə cəhd göstərdi. Hər şeyi dəqiqliklə hazırladı- aeroport, təyyarə, pullar… Qadın “oğru”nun xarakterini nəzərə alan xəfiyyələr və kriminal avtoritetlər onun düşündüyünü həyata keçirə biləcəyinə şübhə etmirdilər. Qarşısına qoyduğu məqsədə çatmaq üçün heç nədən çəkinməzdi, onu ancaq ölüm bu yoldan saxlaya bilərdi…
1988-ci ilin fevralında Kalina Moskvada gözlənilməz şəkildə ürək tutmasından vəfat etdi. Gözlənilmədən, yoxsa gözlənilən ölüm olması isə hələ də sirr olaraq qalır…
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar