Xəbər lenti
Azərbaycanda qardaşdan bacısına qarşı İYRƏNC ƏMƏL - "Qəlbimə şeytan girdi"

Abşeron rayonunda isə qardaş bacsının evini qarət edib.
Manevr.az milli.az-a istinadən xəbər verir ki, Xırdalan şəhərində yaşayan 35 yaşlı Pərvanə Haqverdiyeva rayon polis idarəsinə müraciət edərək, evindən 8400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Oğurluq baş verən mənzilə baxış keçirilərkən qapının və pəncərənin kilidlərinin sındırılmaması əməliyyatçılarda müəyyən şübhələr yaradıb. Polislər oğurluğun ailəyə yaxın adam tərəfindən törədildiyini ehtimal ediblər. Şikayətçi isə evində Yevlax rayonundan iş axtarmağa gələn qardaşı Pərvindən başqa kənar şəxsin qalmadığını deyib. Pərvin Haqverdiyev sorğu-sualın sonunda əməlini etiraf edib. 30 yaşlı şəxs baş verən hadisənin günahını şeytanda görüb.
Pərvin Haqverdiyev - Saxlanılan şəxs: "Şeytan girdi qəlbimə. Gördüm, götürdüm çıxdım evdən. Peşmanam".
Qızılların satışından əldə etdiyi 5 min manatı Pərvin Haqverdiyev restoranlarda xərclədiyini bildirib.
Pərvin Haqverdiyev: "Yeyib içdim. Olanda fəhlə işləyirəm, olmayanda işləmirəm".
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar