Xəbər lenti 
					
 
		Evli kişilər subaylardan daha sağlamdır
Manevr.az
Ailə kişilərin sağlamlığının qorunması baxımından "ən fundamental" dəstəkdir.
Bu barədə Diabetin öyrənilməsi üzrə Avropa Assosiasiyasının Münhendə keçirilən toplantısında Yokohama Universitetinin (Yaponiya) alimləri öz tədqiqatlarının nəticələri əsasında bildiriblər.
Tədqiqatçılar ikinci tip diabet xəstəliyi olan təxminən 65 yaşlı 270 insan üzərində təcrübə aparıblar. Onlardan 90 nəfəri subay, 180 nəfəri isə nikahlı kişilər olub. Tədqiqat iştirakçılarının bədənlərinin çəkisini ölçülüb.
Məlum olub ki, evli kişilər subaylara nisbətən 50 faiz az artıq çəkidən əziyyət çəkirlər. Onlarda piy toxumalarının miqdarı orta hesabla 18,9 kiloqram təşkil edir ki, subaylarda bu göstərici 23,5 kiloqrama çatır.
Bundan başqa, aydınlaşıb ki, ailəsi olan kişilər daha az metabolik sindroma meylli olurlar – onlarda şəkərli diabet, yüksək qan təzyiqi və piylənmə daha az müşahidə olunur.
“Evli kişilərin arasında bu qanunauyğunluğu onunla izah etmək olar ki, ehtimal ki, onlar daha sağlam qidalanırlar, lazımi preparatları qəbul edirlər və xəstələnəndə həkimə müraciət edirlər. Tərəfimizdən əldə olunan nəticələr onu göstərir ki, tək, subay kişilərə dəstək göstərmək lazımdır”, - deyə tədqiqatının rəhbəri həkim Yosinobo Kondo bildirib.Virtualaz.org
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















