Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt məhkəməsində azyaşlının ölümü ilə bağlı məhkəmə davam etdirilib – Vəkil prosesdə bir sıra vəzifəli şəxslərin dindirilməsini tələb edib

Tarix: 26-10-2017 22:40     Baxış: 2323 A- / A+
Sumqayıt məhkəməsində azyaşlının ölümü ilə bağlı məhkəmə davam etdirilib


3 yaşlı Arzu Qurbanlının "Real" Tibb Mərkəzində əməliyyatdan sonra vəfat etməsi ilə bağlı məhkəmə prosesi Sumqayıt şəhər Məhkəməsində hakim Ruqiyyə Əsgərovanın sədrliyi ilə davam etdirilib. Oktyabrın 25-də keçirilən növbəti prosesdə həkim-kardioloqlar Həşimova Mehri Abdul qızı və Rzayev Elşən Asif oğlu şahid qismində ifadə veriblər.

Hər iki şahid ifadələrində bildiriblər ki, əməliyyatdan sonra vəfat edən Arzu Qurbanlının əməliyyat öncəsi müayinələri ilə tanış olublar. M. Həşimova xəstənin kardioloji müəyinəsində müəyyən narahatlıqların olduğunu, bu üzdən onun hərtərəfli analizlərinə ehtiyac olduğunu bildirib. Bunun üçün həkim-kardioloq Elşən Rzayevlə də məsləhətləşmələr aparıb.

Şahidlərin ifadəsindən sonra təqsirləndirilən anestezoloq-həkim İsmayıl Qənbərovun vəkili Əli Hüseynov hakim qarşısında vəsadətlə çıxış edib. Vəkil işlə əlaqədar bir sıra şəxslərin məhkəməyə dəvət edilməsini və dindirilməsini tələb edib. Dəvət edilənlərin sırasında respublikanın baş anestezoloqu, Sumqayıt şəhərinin baş cərrahı və digər mütəxəssislər də var.

Vəsadət hakim tərəfindən qəbul edilib.

Növbəti məhkəmə prosesi noyabrın 1-ə təyin edilib

Xatırladaq ki, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunduqdan sonra vəfat edib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ. Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar