Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Kompüter qarşısında diqqətli olun! - Gizli kameralar sizi çəkir!

Tarix: 26-10-2017 20:42     Baxış: 6305 A- / A+
Kompüter qarşısında diqqətli olun!
Noutbukların kameraları vasitəsilə izlənilirikmi? Hazırda bir çox insan bu sual üzərində düşünür. Məhz bu səbəbdən əksəriyyət kameraların üzərini bağlamaqla izlənməkdən yaxa qurtarmağa çalışır. Bəs buna ehtiyac varmı?

Ötən il "Facebook"un sahibi Mark Zukerberqin paylaşdığı bir fotonun arxa fonundakı kompüterdə kamera və mikrofonun band vasitəsi ilə qapadıldığı təsbit olunmuşdu. Zukerberq kimi birinin bu yola əl atması isə insanları izlənmə təhlükəsi ilə bağlı təsvişə salmışdı: "Paranoyak olmağınız, təqib edilmədiyiniz anlamına gəlmir".

Zukerberq kimi təhlükəsizliyi yüksək səviyyədə qorunan biri belə tədbirlərə əl atırsa, deməli hər kəs öz təhlükəsizliyi üçün düşünməlidir.

ABŞ Federal Tədqiqatlar Bürosunun (FBI) sədri Ceyms Komey də kompüterinin kamerasının üzərini kiçik kağız bandla qapatdığını etiraf edib.

Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, 21 faiz insan təhlükəsizliyi üçün kameraların üzərini bağlayır. Çində isə bu rəqəm 40 faizdir. Təbii ki, bu narahatlıq əbəs yerə deyil. Çünki, kiber cinayətkarlar kamera vasitəsilə şəkillərinizi çəkə, sizi dinləyə bilirlər.

Bəzi təhlükəsizlik proqramları yükləyərək bu riskləri azalda bilərsiniz. Ancaq, yenə də risk sıfır deyil. Bu səbəbdən hələlik ən təhlükəsiz yol kimi görünən kameranın üzərini qapatmaqdır.azvision.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar