Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsi çərçivəsində təlim keçirilib - FOTOLAR

Tarix: 26-10-2017 19:06     Baxış: 3252 A- / A+
“Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsi çərçivəsində təlim keçirilib


Siyəzən rayonu Heydər Əliyev mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Siyəzən rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən “Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Manevr.az-ın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan “Sumqayıt tələbələri” İctimai Birliyinin sədri Rüfət Mahmudzadə iştirakçılara layihənin məqsədləri – Mövcud yerli turistik imkanlarındəyərləndirilməsi, daxili turizmin inkişafında gənclərin rolunun artırılması və yerli gənc turizm menecerlərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi barədə məlumat verdi.

Siyəzən rayon Gənclər və İdman Baş İdarəsinin rəis müavini Vüsal Alışov çıxışında rayonda turizmin inkişafı sahəsində aparılan məqsədyönlü işlər barədə danışıb.

Təlim turizm, təhsil və İKT sahəsində ekspert və təlimçi Ramil Süleymanov tərəfindən keçirilib. Təlim zamanı gənclər üçün rollu oyun, simulyasiya, qrup işləri təşkil olunub. Gənclərin turizmlə bağlı ideyaları öyrənilib və təlimçi tərəfindən bu ideyaların həyata keçirilməsi yollarından danışılıb. Eyni zamanda marketinq, startap, biznes ideyalar, ideyaların bizenesə çevrilməsi istiqamətində interaktiv treyninqlər təşkil olunub. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Layihə çərçivəsində növbəti təlimlərin Quba və Qusar rayonlarında təşkil olunması nəzərdə tutulub.

“Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsi çərçivəsində təlim keçirilib
“Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsi çərçivəsində təlim keçirilib
“Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsi çərçivəsində təlim keçirilib

“Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsi çərçivəsində təlim keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar