Xəbər lenti
Məcburi köçkünlərin binasından ev "satan"lara AĞIR CƏZA

Bakıda məcburi köçkünlərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Rabil Rəhimov və Şəfayət İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Rabil Rəhimov 10 il, Şəfayət İsmayılov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R.Rəhimov və Ş.İsmayılov Abşeron qəsəbəsində məcburi köçkünlər üçün tikilən binalardan bir neçə vətəndaşa ev satacaqlarını vəd verərək onlara qarşı dələduzluq ediblər.
Belə ki, hər iki şəxs Zülfiyyə Hüseynovanın etibarından sui-istifadə edərək 5 400, Etibar Əliyevin 4 000, Tehran Məmmədovun 6 000, Bəxtiyar Əzizovun 4 000, Nazilə Ağayevanın 2 000, Səyyarə Çələbiyevanın 6 000, Sevil Emilovanın 7000, Səməd Əbilovun 3 500, Kəmalə Quliyevanın 16 000, Ləman Əliyevanın 15 000, Şahin Abdullayevin 8 030, Rafiq Cəfərovun 13 600, Cabir Məmmədovun 8 000 və Ceyhun Qurbanovun isə 45 000 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
R.Rəhimov və Ş.İsmayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunurlar.
Xatırladaq ki, təqsirləndirilən şəxsin hər ikisi də məcburi köçkündür.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar