Xəbər lenti
Kostova 5 aydır maaş almır : Pulumu verməsələr, başqa yığmanı seçəcəm
“Azərbaycan millisindəki gələcək karyeramın necə olacağını hələ bilmirəm. Bu, federasiyadan asılı məsələdir”.
Manevr.az xəbər verir ki, bunu apasport.az saytına Azərbaycan millisinin ağırlıqqaldıranı Boyanka Kostova deyib.
Azərbaycan millisinin 24 yaşlı idmançısının karyerası sual altına düşüb. Bunda ölkəmizin beynəlxalq yarışlardan 1 illik diskvalifikasiya olunmasının da rolu var. Kostova bildirib ki, Azərbaycan Ağır Atletika Federasiyasının yekun qərarını gözləyir: “Hazırda necə olacağını bilmirəm. Gözləyirəm ki, federasiyadan mənə öz qərarlarını desinlər. Hələlik gündəlik məşqləri fərdi qaydada davam etdirirəm”.
Sonuncu dəfə ötən ilin aprelində baş tutan Avropa çempionatında millimizin formasını geyinən Bolqarıstan əsilli ağırlıqqaldıran qurumla arasındakı problemin də mövcudluğunu açıqlayıb: “Artıq əməkhaqqımı da dayandırıblar. 5 aydır maaş almıram. Əgər belə davam etsə, gedib başqa yığmada çıxış edəcəm. Mənim üçün heç bir fərqi yoxdur. Onsuz da çox ölkə məni heyətində görmək istəyir. Hətta konkret təkliflər də var. Lakin onları hələlik açıqlamaq istəmirəm. Hazırda gözləməyə üstünlük verirəm”.
Kostova Azərbaycan Ağır Atletika Federasiyasına möhlət verdiyini də deyib: “Yeni ilədək Azərbaycan tərəfindən cavab gözləyəcəm. Əgər həmin vaxta qədər pulumu verməsələr, başqa yığmanı seçəcəm. Yoxsa mən maaşsız karyeramı davam etdirə bilmərəm. Hətta elə də ola bilər ki, ümumiyyətlə, karyerama son qoyum. Bunu da istisna etmirəm. Amma hələ qərar verməmişəm. Yeni ilədək gözləyib, sonra hər şeyə aydınlıq gətirəcəm. Çünki bundan artıq gözləyə bilmərəm”.
Qeyd edək ki, Kostova 2010-cu ildən, 17 yaşından Azərbaycan millisinin şərəfini qoruyur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar