Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı ermənisi Ermənistanın iç üzünü açdı - VİDEO

Tarix: 17-09-2016 18:29     Baxış: 4636 A- / A+
Bakı ermənisi Ermənistanın iç üzünü açdı


Azərbaycandan köçərək Ermənistanda məskunlaşan Stella Arutunyan hakimiyyətin iç üzünü açıb.

Axar.az xəbər verir ki, Arutunyan indiyə qədər onun xaricə getməyinə izn verilmədiyini bildirib. Onun sözlərinə görə, hazırkı Sərkisyan rejimi məhz Azərbaycandan gələn ermənilərdən istifadə edərək qaçqınların adı ilə xarici təşkilatlardan külli miqdarda pullar əldə edir:

“Ermənistan hökuməti bütün xarici səfirliklərə tapşırıq verib ki, Azərbaycandan olan qaçqınlar ölkədən buraxılmasın. Onlar da BMT konvesiyaları əsasında yox, Ermənistan hökumətinin tapşırığı ilə hərəkət edirlər. Mən 5 ölkənin səfirliyində oldum. Onlardan birində səfirliyin əməkdaşı dedi ki, nə qədər qaçmağa cəhd etsən, o qədər də qadağa olacaq. O dedi ki, əgər getmək istəyirsənsə, o zaman qeyri-leqal yolla ölkədən get”.

Arutunyan həmçinin hazırkı ölkəsində yerli ermənilərlə xaricdən gələn ermənilər arasında fərqlərin olduğunu bildirib:

"Biz yerli ermənilərlə bir yerdə yaşaya bilmərik. Bu, mümkün deyil. Hətta mən suriyalı ermənilərdən daha çox istilik görürəm. Burada isə hamı sənə yad, uzaqdan gəlmə kimi baxır. Azərbaycanda isə hər şey fərqli idi. Əgər siz bir probleminizin olduğu barədə hansısa azərbaycanlıya yaxınlaşıb desəydiniz, o, dərhal sizin problemi həll etməyə çalışacaqdı. Ermənistanda isə bu, başqa cürdür. Yerli ermənilərə probleminizi desəniz o, vəziyyətdən istifadə edib, sizi tapdalamaq üçün fürsət gözləyəcək".


Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar