Xəbər lenti
Azərbaycanda doğulan qeyri-adi uşaq əməliyyat olundu
Azərbaycanda çətin cərrahi əməliyyat həyata keçirilib. Belə ki, sidik kisəsi çöldə doğulmuş ay yarımlıq körpə uğurla əməliyyat olunub.
Əməliyyatı icra edən uşaq cərrahı Fuad Hüseynov lent.az-a bildirib ki, bu, olduqca nadir, yəni 500 min qız uşağından birində rast gəlinən haldır: “Bizim balaca körpə qızımız da sidik kisəsi çöldə doğulub. Bizə müraciət edəndə artıq 1 ay yarımlıq idi. Daha öncə ailənin müraciət etdiyi bütün xəstəxanalarda əməliyyat üçün hələ tez olduğunu deyiblər. Halbuki doğulandan dərhal sonra edilsəydi, daha yüngül əməliyyat olunacaqdı”.
F.Hüseynovun sözlərinə görə, apardıqları müayinələr nəticəsində məlum olub ki, körpənin sidik kisəsi, sidik axarları çöldədir, sidik kanalı yoxdur, uşaqlıq yolu tamamilə bağlıdır: “Körpəyə sidik kisəsi ekstrofiyası diaqnozu qoyularaq, cərrahi əməliyyat planlaşdırıldı. Əməliyyatdan öncə çəkilən rentgendə qasıq sümükləri arasındakı məsafə böyük olduğu üçün uzman travmatoloq Fərhad Verdiyev tərəfindən arxadan bud sümükləri kəsildi ki, qasıq sümüklərini yaxınlaşdıra bilək. Çəkisi 3 kilo olan körpə üzərində uşaq cərrahiyyəsinin ən çətin əməliyyatlarından olan sidik kisəsi ekstrofiyasının təmiri əməliyyatını uğurla icra etdik. Yəni sidik kisəsi ətraf toxumalardan sərbəstləşdirilərək, normal yerinə yerləşdirildi. Ardından qasıq sümükləri yaxınlaşdırıldı, sidik kanalı və uşaqlıq yolu bərpa edildi. Uşağın vəziyyəti hal-hazırda yaxşıdır, kateterlər çıxarıldıqdan və yara sağaldıqdan sonra uşaq evə yola salınacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar