Xəbər lenti
"Hara baxır Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, DTX hara baxır?" - Fazil Mustafa

"İnter.az" televiziyası ağlaşma qurub yenə. Bu telekanala da deyəsən pulu qonşu ölkədən buraxırlar.
Əməlli-başlı bu kanal İranın təbliğat ruporuna çeviriblər. Militan uşaqlar başlarına sarıq bağlayıb sinə döyürlər, qonşu ölkənin ideoloji klipləri fars əlfbası ilə yayımlanır. Məgər bunlar dini radikalizmin təbliğatı deyil? Məşhəd ziyarəti reklam olunur. Dini verilişlərə cəhaləti, xurafatı təbliğ edənlər dəvət olunur. Hara baxır bizim Rabitə nazirliyi?
Hara baxır Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi? Hara baxır Milli Təhlükəsizlik Xidməti? Bu ölkənin təhlükəsizliyi barədə ümumiyyətlə düşünən varmı? Belə məsələlərə oldu-bitdi kimi baxmaq olmaz, İranda imkan verərlərmi bizim təbliğatı bu cür aparasan?
Gedin iki dəfə Təbriz çığırın, gedin iki dəfə oradakı qardaşlarımızın dil, məktəb problemlərini danışın, əlli-ayaqlı öz ölkələrindən qovarlar. Biz niyə hələ də dövlətçilik şüuruna sahib ola bilmirik? Öz dövlətimizə qarşı təxribatlara belə yavşaq yanaşmanın nəticələrini niyə hələ də anlaya bilmirik?moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar