Xəbər lenti
"Vətəndaş bunu yayımlamaqla həmin mülki şəxsin qaçmasına səbəb olub" - Vaqif Əsədov

Bakıda Heydər Əliyev Sarayının önündə mülki geyimdə bir şəxs avtomobilini park etmək istəyən vətəndaşdan 15 manat cərimə tələb edib. Bu isə vətəndaşın narazıçılığına səbəb olub.
Şikayətlə bağlı açıqlama verən Bakı şəhər DYP-nin sözçüsü, polkovnik Vaqif Əsədov bildirib ki, sözügedən mülki şəxs yol polisinin fəaliyyətinə aid deyil:
"Bu şikayət əsasında onu deyə bilərəm ki, konkret olaraq sürücünün hansısa mülki şəxs tərəfindən aldadılma cəhdi var və bunun da internet saytları üzərindən yayımlamaq düzgün deyil. Bunu yayımlamaqdansa dərhal ərazi üzrə yaxınlıqdakı polis idarəsinə məlumat vermək lazım idi. O zaman şikayətin həlli tapıla bilərdi. Vətəndaş bunu sosial şəbəkədə yaymaqla həmin mülki şəxsin qaçmasına səbəb olub. O, vaxtında aidiyyəti üzrə yerlərə müraciət etsəydi problemə nöqtə qoyula bilərdi. Belə hesab edirəm ki, kamera görüntüləri ilə vətəndaşı aldatmağa cəhd edən həmin mülki şəxsin kimliyinin araşdırılması mümkün ola bilər".big.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar