Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

AzTV sədri məhkəməyə verildi

Tarix: 25-10-2017 14:40     Baxış: 4573 A- / A+
AzTV sədri məhkəməyə verildi
Son zamanlar adı müxtəlif qalmaqallı məhkəmə işlərində hallanan AzTV sədri Arif Alışanov həbs etdirdiyi biznes ortağının mülkiyyətini zorakılıqla ələ keçirməkdə ittiham olunur.
AzTV sədrinin həbs etdirdiyi şamaxılı biznes ortağı Şücaət Əkbərovun keçmiş həyat yoldaşı Səlimə Sadıqova ona xas olan külli miqdarda əmlakı qanunsuz və zorakı yolla ələ keçirdiyinə görə A.Alışanovu məhkəməyə verib.
Nərimanov rayon məhkəməsindən bu faktı təsdiq edərək bildirblər ki, iddia cinayət işi deyil, mülki xarakter daşıyır. S.Sadıqova bildirib ki, AzTV sədrinin birbaşa təşkil etdiyi sünü sübutlar əsasında keçmiş həyat yoldaşı Ş.Əkbərov həbs edilib. Bundan sonra isə vəzifə imkanlarından istifadə edən A.Alışanov hədə-qorxu yolu ilə onun bütün əmlakını qızı N.Alışanovanın, sürücüsü H.Babayevin və başqalarının adlarına keçirib: “Həyat yoldaşımdan üç il əvvəl ayrılmağıma və ayrıca təsərrüfat olmağıma baxmayaraq, A.Alışanov mənim də mülklərimə əl qoyub. Təsərrüfatım talan edilib, onlarca baş mal-qaram, qoyunum, toyuq-cücəm, anbarda olan tonlarla taxılım aparılıb. Bundan başqa “Aqrolizinq”dən icarəyə götürdüyüm traktor, otbiçən maşın, kotanlar, yemqıran qoşqu, kübrəsəpən və transformatorum da yağmalanıb. Nə qədər şikayət etmişəm, amma tədbir görən yoxdur”.
Fakta münasibət bildirən müstəqil hüquqşünas Elçin Bayramzadə bildirib ki, baş verən hadisə vətəndaşın konstitusiyada təsbit edilmiş mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır və vəzifəli şəxs kimi A.Alışanovun davranışı birbaşa cinayət məsuliyyəti yaradır. Digər tərəfdən istintaqın gedişində məhkəmə qərarı olmadan heç kimin mülkiyyət hüququ məhdudlaşdırıla bilməz.
S.Sadıqovanın vəkili Cəmil Sultanlı da bildirib ki, bu işdəki qanun pozuntuları göz qabağındadır: “Biz AzTV sədrinin davranışındakı cinayət əməllərinin araşdırılması ilə bağlı baş prokurorluğa müraciət etmişik və hazırda həmin qurumun reaksiyasını gözləyirik”.
Qeyd edək ki, AzTV sədrinin gələn həftəyə planlaşdırılan məhkəmə prosesi və qarşı tərəfin iddialara münasibətini öyrənmək istəsək də A.Alışanovun nümayəndəsi Zaur Abbasov zənglərimizə cavab vermədi.gununsesi.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar