Xəbər lenti
Sükan arxasında telefon tutan sürücülər - Yol polisi 9 ayda 21462 nəfəri cərimələyib

“2017-ci ilin 9 ayı ərzində əldə telefon tutmaqla avtomobil idarə edən 21462 sürücü inzibati məsuliyyətə cəlb edilib”.
Bu barədə məlumatı modern.az-ın sorğusuna cavab olaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev deyib. O bildirib ki, sükan arxasında telefondan istifadə qəzaların baş verməsinə səbəb olur.
“Sürücülər sükan arxasında telefondan istifadə etməklə həm özlərini, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atırlar. Telefondan istifadə sürücülərin fikrinin yayınmasına səbəb olur”.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.6 maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar