Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

İslandiyada kişi çatışmazlığı, Dubayda qadın çatışmazlığı...

Tarix: 17-09-2016 13:49     Baxış: 4514 A- / A+
İslandiyada kişi çatışmazlığı, Dubayda qadın çatışmazlığı...

Məncə, bu söhbətin birdən-birə bu qədər böyüyüb ajoitaja, hətta yeni söz yaratmaq kimi çıxmasın, hiperajiotaja rəvac verməsinin 3 ciddi səbəbi var. Bu, onu göstərir ki:

1. Biz lağlağı camaatıq, hər sözə bir söz qoşmağı, hər şeyi zarafata salmağı sevirik ;
2. Canımızda cinsi həyat baxımından genetik bir yanıqlıq var və zaman-zaman qabarır;
3. Əlmiz aşağıdır, özümüz isə tənbəlik və az işləyərək çox pul qazanmaq istəyirik.
Təvazökarlıqdan Reykyavik qədər uzaq olsa da, deməliyəm ki, bu mövzuda öncələr də yazmışam. O vaxt “Monqolustanda kişi çatışmır, Türkiyədən 40 min işi istəyirlər”, söhbəti çıxanda və bizimkilər etnik kimlik etibarilə türk kişisi olduqları üçün həyəcanlananda bu xüsusda yazmışdım.

İndi yenə “İslandiyada kişi çatışmır, hökumət yerli qızla evlənən əcnəbiyə 5 min avro pul verir”, söhbəti yayılıb. Hazırda ölkəmizdə Facebook əhli, Anadolu türklərinin sözü olmasın, kəndindən keçib. Düzdür, bu saat heç kəs, yerli türklərin sözü olmasın, doğma kəndindən keçib uzaq İslandiyaya yollanmaq fikrində deyil, amma hamı özünə borc bilir ki, bu mövzuda lağlağı eləsin.

Bir də lağlağı edənləri ciddi-ciddi qınayanlar var. Onlar da bir neçə qrupa bölünürlər – vətənpərvərlərdən tutmuş liberallara, “öz qızlarımız hamıdan qəşəngdir” yazan qarımış qızlara qədər.

Təbii ki, İslandiya variantını optimal çıxış yolu kimi götür-qoy edənlər də olmamış deyil. Yəni o söhbət doğru olsa bəlkə də eyni gündə minlərlə gənc subaylığın və kasıbçılığın daşını eyni gündə atmaq üçün uzaq İslandiyaya yola düşər.

“Xoşbəxtlikdən”mi deyim, “təəssüf ki” deyim, bilmirəm, amma o məsələ jurnalist təxəyyülünün məhsuludur. Hətta İslandiya hökumətinin elə bir fikri olsa, yəni qızlarını əcnəbilərə vermək istəsələr, əmin olun ki, biz “potensial adaxlı”-kişi təklif edəcək on ölkədən biri ola bilsək ki, namizədliyi qəbul ediləcək 40 millətdən biri ola bilmərik. Əsas məsələ island qızlarının bizim namizəd gəncləri kişi sayıb-saymayacağına bağlıdır. Onların da öz standartları olmamış olmaz.

Heç düşünməyin ki, bəstəboyunun 1,80 sm boyu olduğu halda o sarışın qızlar bizim ağzı-burnu dələngəvaz, 1.70-lik qara gədələrimizi bəyənələr. Söz yox, istisnalar ola bilər, amma o istisnalar da Kıvanc Tatlıtuğ görünüşlü gənclər üçündür. Baxaq, görək, 80 milyonluq Türkiyədə, 9 milyonluq Azərbaycanda neçə baş Kıvanc var. Çox olar 100-150 nəfər. Onların da hamısı artist deyil ki, sevimli olsunlar. Santexnik Kıvanc Taksimə çıxanda üzünə baxan olmur.

Amma bu məsələnin bu cür ajiotaj doğurması, yuxarıda dediyim kimi, eyni zamanda böyük bir sosial problemin mövcudluğundan xəbər verir. Demək ki, ölkədə ciddi işsizlik, kasıbçılıq, hazırkı həyatından qeyri-məmnunluq tendensiyası var. Buraya hətta ixtisassızlığı da əlavə etmək olar. Yarızarafat şəkildə olsa da, İslandiyaya can atanların tam əksəriyyətinin əlindən-gözündən başqa bir iş gəlmir, demək. Baş sarıdan dərin ağıllı baş yox, əllər qızıl deyil, ayaqlar qida axtarışında yorulmayan canavar ayaqları deyil, ümid qalır belə... Biz də bu sahədə özümüzü, bütün Şərq ölkələrinin kişiləri kimi qiqant hesab edirik (İspaniyadan Banqladeşə qədər o meridianda, isti qurşaqda yerləşən bütün millətlərin kişiləri hesab edirlər ki, o məsələdə heç kəs onlara çatmaz – bu da belə bir cinsəl faşizmdir).

Bununla belə, ümid edirəm ki, bu mövzuda yazanların çoxu məhz zarafat edirlər. Elə olmasaydı, onlar çoxdan daşınıb Arxangelskdən Kamçatkaya qədər uzanan intəhasız Rus diyarına gedər, özlərinə asanlıqla sarışın partnyor tapar, “ömürlük dost ailəsi” yaratmış millətin sayını artırardılar. Necə ki, yüz minlərlə vətən oğlu bunu zamanında ediblər və etməkdədirlər. Bu gün “İslandiya zarafatı”nda öz şən və hazırcavab xüsusiyyətlərini göstərənlərin gücü isə yalnız dillərinə çatır – oturub lağlağı eləsinlər.

Gözləyək, görək, daha hansı ölkədə “kişi çatışmazlığı” olacaq, oturub lağlağı edək. Amma zarafatı kənara qoyaraq, belə bir acı gerçəkliyin mövcudluğunu qeyd edək: illərdir Dubayda qadın çatışmazlığı var və həmvətənlərimiz ora axışır.musavat.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar