Xəbər lenti
Azərbaycan əhalisi buna 16 milyon manat xərclədi
2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən səyahət agentlikləri və turoperatorların gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 22,4 milyon manat olub.
Trend-in məlumatına görə, bu müəssisələr tərəfindən 29,7 min turistə xidmət göstərilib ki, bu da əvvəlki ilin eyni dövrünün göstəricisindən 6,5 faiz çoxdur. Xidmət göstərilmiş turistlərin 19,9 min nəfəri xarici ölkələrə, 6,3 mini ölkə ərazisində səyahət edən Azərbaycan vətəndaşları, 3,5 min nəfəri isə Azərbaycana səyahət məqsədilə gələn əcnəbilər və vətəndaşdığı olmayan şəxslər olub.
Ölkə səyahət agentliklərinə müraciət edərək müvafiq turpaket əldə etmiş Azərbaycan ərazisində səyahət edən ölkə vətəndaşlarının sayı 37,0 faiz, Azərbaycana səyahətə gələn xarici ölkə vətəndaşlarının sayı 66,7 faiz artıb, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayında isə 5,7 faiz azalma müşahidə olunub.
Səyahət agentlikləri və turoperatorlar tərəfindən 15 min ədəd turpaket satılıb ki, bunların da 1,1 minini Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına, 13,9 minini isə ölkə vətəndaşlarına satılmış turpaketlər təşkil edib. Azərbaycan vətəndaşları tərəfindən alınmış turpaketlərin 11,8 mini (84,9 faizi) xarici ölkələrə, 2,1 mini (15,1 faizi) ölkə daxilində səyahət etmək üçün nəzərdə tutulub.
Əhaliyə satılmış turizm yollayışlarının ümumi dəyəri 15,9 milyon manat olub ki, bunun da 14,0 milyon manatını və ya 88,1 faizini xarici ölkələrə getmiş Azərbaycan vətəndaşlarına satılmış turpaketlərin dəyəri təşkil edib. Əhaliyə satılmış bir turizm yollayışının orta dəyəri 8,2 faiz artaraq 1059,8 manat, o cümlədən Azərbaycan vətəndaşlarına ölkə ərazisində səyahət etmək üçün satılmış bir yollayışın orta dəyəri 488,3 manat, ölkədən kənarda səyahət etmək üçün 1182,0 manat, Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına satılmış bir turpaketin orta dəyəri isə 812,1 manat olub.
Səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə xarici ölkələrdə istirahət etmiş Azərbaycan vətəndaşlarının sayı 20,0 min nəfər olub, onların 47,7 faizi Türkiyə, 12,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 12,4 faizi Rusiya Federasiyası, 9,1 faizi İran, 3,0 faizi Almaniya, 1,6 faizi Gürcüstan, 1,4 faizi İtaliya, 1,3 faizi Çexiya, 0,7 faizi Ukrayna və 10,1 faizi digər ölkələrə səyahət edib.
2017-ci ilin birinci yarımilində turizm yollayışlarından istifadə etməklə ölkə ərazisində istirahət etmiş Azərbaycan vətəndaşlarının sayı 6,3 min nəfər olub ki, onların 21,2 faizi İsmayıllı, 19,3 faizi Qəbələ, 16,7 faizi Xaçmaz, 12,7 faizi Xəzər, 9,7 faizi Qusar, 5,4 faizi Quba, 4,5 faizi Qax və 10,5 faizi ölkənin digər şəhər və rayonlarında istirahət edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar