Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Mingəçevirdə gənclər arasında intellektual yarış keçirilib -Fotolar

Tarix: 24-10-2017 12:01     Baxış: 2373 A- / A+
Mingəçevirdə gənclər arasında intellektual yarış keçirilib


"İşıqlı Gələcək” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə Gənclər Evində “Region gənclərinin intellekt akademiyası” adlı layihə çərçivəsində intellektual yarış keçirib. Layihənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ilə təsdiq edilən gənclərin inkişafı üzrə istiqamətlərə uyğun olaraq region gənclərinin intellektual oyunlara marağını artırmaq, bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin asudə vaxtlarının səmərəli təşkil etməkdən ibarətdir.

Tədbiri giriş sözü ilə açan “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimov layihənin məhz Gənclər Evində keçirilməsindən məmnun olduğunu bildirib. O, bu cür intellektual yarışların şəhər gəncliyinin inkişafında böyük rol oynadığı və mütəmadi olaraq bu tipli tədbirlərin təşkil edildiyini vurğulayıb. Direktor daha sonra finala gedən yolda iştirakçılara uğurlar arzulayıb.

İlk iki yarış günündə Mingəçevir Dövlət Universitetində təhsil alan tələbə gənclər öz bilik və dünyagörüşlərini yoxlayıb. Layihənin formatına uyğun olaraq Mingəçevir Dövlət Universitetində təhsil alan region gəncləri 8 komandadan ibarət olmaqla öncə “Nə? Harada? Nə zaman?” (NHN), daha sonra isə xəmsə intellektual yarışında özlərini sınayıblar.

Gərgin keçən yarışların nəticəsi olaraq universitetin 16 komandasından “İOS11”, “Qarabağ”, “Light City” və “İslam” komandaları topladıqları xallara uyğun olaraq yarışın final mərhələsinə vəsiqə qazanıb.

Layihənin davamı olaraq, növbəti turlar oktyabrın 28 və 29-da Mingəçevir Tibb Kolleci və Mingəçevir Turizm Kollecində təhsil alan tələbələr üçün, həmçinin 4 noyabrda isə müxtəlif kateqoriyalardan olan şəhər gəncləri üçün “NHN” və “Xəmsə” formatında intellektual yarışlar təşkil ediləcək.

Yarışların final mərhələsi Mingəçevir şəhərinin 69 illiyi ərəfəsində, şəhər ictimaiətinin iştirakı ilə keçirilməsi nəzərdə tutulub.

Ləman Bəylərova

Manevr.az

Mingəçevirdə gənclər arasında intellektual yarış keçirilib
Mingəçevirdə gənclər arasında intellektual yarış keçirilib
Mingəçevirdə gənclər arasında intellektual yarış keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar