Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Qız xərçəng olduğunu oğlana deməyib” - 10 günlük gəlinin ölümünün dəhşətli təfərrüatı

Tarix: 17-09-2016 10:47     Baxış: 4502 A- / A+
“Qız xərçəng olduğunu oğlana deməyib”


Zərdab rayonunda 10 günün gəlini olan Pərvanə Bulud qızı Zərbəliyevanın ölümünün bəzi təfərrüatları məlum olub.

Zərdab rayon Mərkəzi Xəstəxanasından AzNews.az-a verilən məlumata görə, gəlin qan xərçəngi olub: “Pərvanə qoşulub qaçıb. Qızın ailəsi Pərvanənin xəstə olduğunu oğlan evindən gizlədib. Sentyabrın 5-də toyu olub. Toydan sonra Pərvanənin ağrıları artıb, temperaturu qalxıb. Ailə üzvləri onu müayinə üçün kənd həkiminə aparıb. Həkim gəlinə 3 ağrıkəsici vurub”.

Mənbənin sözlərinə görə, növbəti gün ağrılarının çoxaldığını görən gəlin özü-özünə ağrıkəsici vurub: “Pərvanə bu ağrıkəsiciləri ayağından vurub. İynələr isə ona pis təsir edib və vəziyyəti daha da pisləşib. Gəlin xəstəxanaya daxil olanda rəngi ağappaq idi, özü də sanki lal olmuşdu, danışa bilmirdi. Həkim ona iynə vuranda dərisi qopurdu”.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Pərvanə Bulud qızı Zərbəliyeva ağır vəziyyətdə Zərdab rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, şok vəziyyətdə xəstəxanaya daxil olan P. Zərbəliyevaya ilkin tibbi yardım göstərilib.

Yaxınlarının təkidi ilə xəstə şəxsi maşınları ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ucar Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, mərhum xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar