Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Gəlinimi su üstündə döyüblər” - Ağdamda susuz həyat - VİDEO, FOTO

Tarix: 17-09-2016 09:48     Baxış: 4538 A- / A+
“Gəlinimi su üstündə döyüblər” - Ağdamda susuz həyat

60-a yaxın ailənin yaşadığı Ağdam rayonunun Baharlı kəndinin sakinləri içməli su sarıdan çətinlik çəkirlər.

Region TV xəbər verir ki, artıq bir neçə ildir bu problemlə üzləşən kənd camaatı içməli suyu yaşayış məntəqəsindən 3 kilometr aralıda yerləşən bulaqdan rezin boru vasitəsilə gətirdiyini deyir.

Amma hazırda həmin borudan axıb tökülən su az gəldiyindən sakinlərin tələbatını ödəmir. Onların sözlərinə bəzi hallarda suyu hətta pulla da almalı olurlar. “Bu il su sarıdan daha çox çətinlik olub. 2-3 aydır su yoxdur” deyə Baharlı kənd sakini Məhəmməd Quliyev bildirib.

Sakinlərin bildirdiyinə görə, başqa bir problem isə su götürdükləri bulağın üstündə növbələrin yaranmasıdır.

Bəzi hallarda növbələr sakinlər arasında narazılıqlar yaradır. Bu vəziyyət hətta davaya qədər gedib çıxır: "Burda kim dayanırsa, hamısı suya görə dayanır. Yəni qadınlar. O gün mənim gəlinim növbə üstündə döyülüb. Su üstündə".

Sakinlər deyirlər ki, aidiyyatı qurumlar vəziyyətdən xəbərdardılar. Hətta onlara su çətinliyinin həll olunacağı barədə vədlər də verilib.

Məsələ ilə bağlı Ağdam rayon icra hakimiyyətindən isə bildirildi ki, Baharlıdakı su probleminin həlli istiqamətində işlər görülür.

Kənddə artezian quyusunun qazılması məqsədilə icra hakimiyyəti tərəfindən lazımi sənədlər hazırlanaraq aidiyyatı qurumlara göndərilib.

Yaxın bir neçə ay ərzində bu işin reallaşacağı bildirilir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar