Xəbər lenti
Keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü

Ötən gün Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə 6 kiloqrama yaxın narkotik vasitə götürülüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında polis əməkdaşları rayonun Muğanlı kəndi ərazisində "Mercedes” markalı avtomobili saxlayıblar. Baxış zamanı baqajda ehtiyat təkərinin altında içərisində narkotik vasitə olan bağlama aşkar edilərək maddi sübut kimi götürülüb.
Avtomobili idarə edən və sərnişini şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Araşdırmalarla sürücünün Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Rauf Abbasov, sərnişinin isə Bakı şəhər sakini Cövdət Bayramov olduğu müəyyən edilib.
Ekspertiza bağlamada olan narkovasitənin 5 kiloqram 720 qramının tiryək, 40,538 qramının isə heroin olduğu barədə rəy verib.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar