Xəbər lenti
Qaçan məhbuslara üst-üstə 38 ilədək cəza istənilib

Bakıda Əli Ağami və Etibar Məmmədov adlı məhbusların qatardan qaçması ilə bağlı bəzi təfərrüat məlum olub.
Manevr.az report-a istinadən xəbər verir ki, qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Hadisə zamanı onları Penitensiar Xidməti əməkdaşları müşayiət edib.
Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılımış.
Kriminal aləmdə tanınan E.Ağaminin hazırda həbsdə olan "Lotu Quli”yə yaxın şəxslərdən olduğu bildirilir. "Qoca” ləqəbli E.Məmmədov isə daha çox Etibar Hacıqabulski kimi tanınır.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar