Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Üzərində Emənistan bayrağının emblemi olan avtomobil kimindir? -FOTO

Tarix: 21-10-2017 13:32     Baxış: 6516 A- / A+
Üzərində Emənistan bayrağının emblemi olan avtomobil kimindir?


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) araşdırması nəticəsində Bakı küçələrində hərəkət edən “Mercedes” markalı 10-UU-550 dövlət nömrə nişanlı avtomobilin üzərindəki emblemin Ermənistan bayrağı olduğu təsdiqlənib.

Manevr.az xəbər verir ki, bunu “report”un sorğusuna cavab olaraq idarənin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, həmin avtomobil Ermənistanda olan şirkət tərəfindən tüninq edilib:
“Araşdırma nəticəsində məlum oldu ki, “Mercedes” markalı 10-UU-550 dövlət nömrə nişanlı avtomobil Şahin Xanaliyev adlı şəxsə məxsusdur. Həmin sürücü xaricdə yaşayır. Mənə dediyinə görə, avtomobili Bakıdakı avtosalonların birindən alıb. Özünün də avtomobilin üzərindəki bayrağın Ermənistan bayrağı olmasından xəbəri olmayıb. İddia etdi ki, guya bu, Ermənistanın deyil, Kolumbiyanın bayrağıdır. Avtomobilin üzərindəki nişanın şəklini mənə göndərməsini istədim, o, da göndərdi. Sonra araşdırdıq, məlum oldu ki, avtomobil Ermənistanda olan şirkət tərəfindən tüninq edilib. İndi həmin nişanlı avtomobil Azərbaycana necə gəlib, məlum deyil. Çox güman ki, həmin avtomobil Azərbaycana Gürcüstandan gətirilib. Bu barədə onun özünə də dedik. Bildirdi ki, emblemi özü taxmayıb. Həmin emblemi qoparacağını dedi”.

V.Əsədov qeyd edib ki, müvafiq dövlət qurumları məsələ ilə bağlı araşdırma aparır.

Üzərində Emənistan bayrağının emblemi olan avtomobil kimindir?

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar