Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Təhsil Nazirliyi tam tərkibdə istefaya getməlidir – “Dərslik qalmaqalı” ilə bağlı tələb

Tarix: 18-10-2017 15:19     Baxış: 5421 A- / A+
Təhsil Nazirliyi tam tərkibdə istefaya getməlidir
"Mikayıl Cabbarov və onun komandası elədiyini elədi. Artıq bütün erməni diasporu dünyaya car çəkir ki, Azərbaycan tarix dərsliyində "Böyük Ermənistan” faktını qəbul edib”.

Bu fikirləri unikal.org-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, dərslikdə buraxılan səhv deyil, əsl təxribatdır. Partiya sədri təəssüflə onu da qeyd edib ki, təhsil naziri və onun yarıtmaz komandası bu təxribatı ilə düşmənin əlinə böyük bir əsas verib:

"Nə olsun ki, Mikayıl Cabbarova kimsə dəstək verir? Kiminsə dostudur deyə, milli maraqlarımıza zidd fəaliyyətinə göz yummalıyıqmı? Adamın özündə də düşüncə olmalıdır. İstefa verib getməlidir. Tarix İnstitutunun direktoru Yaqub Mahmudov haqlıdır. Bu qədər mütəxəssislər ola-ola Təhsil Nazirliyi nəyə görə naşı adamlara dərslik kimi strateji məsələni tapşırır? Bu ciddi suallardır, Mikayıl Cabbarov buna cavab verməlidir”.

Partiya sədri onu da diqqətə çatdırıb ki, tarix dərsliyində olan həmin təxribata görə cinayət işi açılmalıdır. "Bundan əlavə, Təhsil Nazirliyinin rəhbərliyi tam tərkibdə istefaya getməlidir. Gərək prezident bunları işdən çıxarsın? Özlərində utanc hissi yoxdurmu? Niyə abırlarına qısılmırlar?. Bacarmırsınız, millətə başqaxıncısınız, prezidentə əlavə yüksünüz, odur ki, abrınız-həyanız olsun, çıxın gedin”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar