Xəbər lenti
Azyaşlı qızını öldürən qadın özünü günahkar saymayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Manevr.az xəbər verir ki, apa-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.
G. Saypullayevanın həyat yoldaşı Bəxtiyar Ömərov iclasda ifadə verib. Bildirib ki, G. Saypullayeva qızına yaxşı baxıb: "Mən həmin gün heyvanları otlağa aparmışdım. Sonra eşitdim uşağın vəziyyəti pisdir. Həkimə aparanda yolda öldü. Gülnarə dedi ki, mal-qaranı yumaq üçün olan dərmanı südə qatıb uşağa verib. Səbəbin soruşdum dedi "başıma nəsə fikir gəldi, elədim".
Proses davam edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar