Xəbər lenti
Azərbaycanla Rusiya arasında yeni körpünün təməli qoyuldu - Foto

Azərbaycanla Rusiya arasında Samur çayı üzərində salınacaq avtomobil körpüsünün təməli qoyulub.
Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, körpünün təməlqoyma mərasimində hökumətlərarası protokol imzalanıb. Təməlqoyma mərasimi Azərbaycanın “Samur” gömrük buraxılış məntəqəsinin və Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqələrinin ərazisində həyata keçirilib.
Mərasimdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Əvəz Qocayev, Rusiyanın Nəqliyyat naziri Maksim Sokolov və başqa rəsmi şəxslər iştirak ediblər.
Əvvəlki körpünün 60 metrliyində tikiləcək yeni sərhəd qovşağı avtomobillərin hərəkəti üçün ikizolaqlı yoldan ibarət olacaq. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metr, seysmik davamlığı 10 bal təşkil edəcək.
Qeyd edək ki, hazırda Azərbaycanla Rusiya arasında avtomobillərin hərəkəti Samur çayı üzərində 1957-ci ildə tikilmiş körpü vasitəsilə həyata keçirilir.


Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar