Xəbər lenti
“Judo Club 2012” Murad Fətiyevi dünya çempionatına yola salıb
Bu il oktyabrın 18-dən 22-dək Xorvatiyanın Zaqreb şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı keçiriləcək. Yarışda iştirak edəcək Azərbaycan yığma komandasının tərkibində “Judo Club 2012” idman klubunun üzvü Murad Fətiyev də var. O, 73 kq çəki dərəcəsində tatami üzərinə çıxacaq.
Manevr.az-ın məlumatına görə, klubdan bu barədə verilən xəbərdə bildirilir ki, dünən səhər komanda ilə birlikdə Zaqrebə yola düşən yeniyetmə idmançıya “Judo Club 2012”nin təsisçisi, cüdo üzrə veteranlar arasında beynəlxalq yarışların mükafatçısı Azər Əsgərov, klubun rəhbərliyi və məşqçilər heyəti xeyir-dua verib, uğurlar arzulayıblar.
Murad Fətiyev Azərbaycan cüdosunun ən gənc nəslinin istedadlı nümayəndələrindəndir. O, indiyədək bir neçə beynəlxalq yarışda iştirak edərək, Vətənə mükafatla qayıdıb. Murad 2016-cı ildə İspaniyanın Fuengirola şəhərində keçirilmiş yeniyetmələr arasında cüdo üzrə Avropa kubokunda bürünc medala (66 kq), bu ilin sentyabrında Sloveniyanın Maribor şəhərində keçirilmiş gənclər arasında cüdo üzrə Avropa çempionatında isə gümüş medala (73 kq) layiq görülüb. Onun “Judo Club 2012”dəki məşqçisi Tərlan Həsənov gənc yetirməsinin Zaqrebdə də mükafatçılar sırasına çıxacağına böyük ümid bəsləyir.
Gənc cüdoçularımıza qarşıdakı məsul yarışda uğurlar arzulayırıq!
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar