Xəbər lenti
Yağmurlu hava şəraiti nə vaxta qədər davam edəcək?
“Yağışlı hava şəraiti bu gün axşamadək davam edəcək”.
Manevr.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, oktyabr ayının 16-sı gündüz saatlarından başlayaraq 17-si səhərədək ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib: “Arabir yağış yağıb, bəzən intensiv olub”.
G.Məmmədovanın sözlərinə görə, belə hava şəraiti oktyabrın 17-si axşamadək davam edəcək: “Oktyabrın 18-19-da ölkə ərazisində hava şəraiti gün ərzində nisbətən sabitləşəcək və əsasən, yağmursuz keçəcək”.
Mütəxəsssis qeyd edib ki, sabahdan etibarən havanın temperaturu tədricən yüksələcək: “Yəni, temperaturun 2-3 dərəcə qalxma ehtimalı var”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar