Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda kapitan gəmini partladacağı ilə hədələdi

Tarix: 16-10-2017 20:14     Baxış: 3291 A- / A+
Bakıda kapitan gəmini partladacağı ilə hədələdi
Ötən bazar günü Bakının Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının yaddaşında gəmi kapitanının onu partlatmaqla hədələdiyi gün kimi qalacaq.

Manevr.az xəbər verir ki, bu barədə sputnik azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, Xəzər Dəniz Neft Donanmasının Aria-142 gəmisinin kapitanı, 1977-ci il təvəllüdlü Elsevər Qəribov yaşayış yeri ilə əlaqədar problemlə üzləşib.

Onun Biləcəri qəsəbəsindəki yaşayış massivindəki şəxsi evinin uçurulmaq təhlükəsi var. Ona bildiriblər ki, evi Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinin sərəncamında olan ərazidə yerləşir. Buna görə də İdarənin əməkdaşları Qəribovlar ailəsinə bildiriblər ki, neft kəmərlərinə yaxın ərazidə yerləşən evləri sökmək məcburiyyətindədirlər.

Bununla əlaqədar olaraq Elsevər Qəribov “102” xidmətinə zəng edərək bildirib ki, əgər onun evini söksələr, o, kapitanı olduğu gəmini partladacaq. Çünki onun və ailəsinin yaşamağa başqa yeri yoxdur.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsinin əməkdaşları onun müraciətini qeydə alıblar və araşdırma aparmağa başlayıblar. Sonra Qəribov bildirib ki, gəmini partlatmaq niyyəti barədə məlumat verərkən bərk qəzəbli olub.

Bununla belə, Dövlət Neft Şirkətinin mətbuat xidmətindən sayta bildiriblər ki, hazırda SOCAR-ın ərazilərində tikilən qanunsuz evlərin sökülməsi ilə bağlı hər hansı söhbət və ya iş getmir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar