Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Həbsdən çıxan futbolçu: "Özümdən razı deyiləm"

Tarix: 15-10-2017 10:42     Baxış: 5268 A- / A+
Həbsdən çıxan futbolçu: "Özümdən razı deyiləm"
"Bizə qələbə lazım idi. Buna görə sevinirik. Birinci hissəyə nisbətən fasilədən sonra müdafiə futbolu oynadıq. Ona görə də komanda çox yoruldu. Müdafiədə oturmaq fikrimiz yoxdur. Biz heç vaxt belə futbol oynamamışıq. İkinci hissədə "Sumqayıt" bizi məcbur elədi ki, müdafiədə oturaq".

Manevr.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin kapitanı Cavid Hüseynov Topaz Premyer Liqanın 8-ci turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında söyləyib.

29 yaşlı yarımmüdafiəçi sözügedən görüşdə əvəzlənməsinə münasibət bildirib: "Qriqorçukun qərarlarına hörmət edirəm. Aramızda heç bir problem yoxdur. Öz oyunumdan razı deyiləm. Ona görə də təndiq olunuram. Oyunumda bir az eniş var. Çalışıram onu məşqlərdə bərpa edim. "Kəpəz"lə matçdan sonra klub daxilində toplantı oldu. Bu məğlubiyyət sarsıdıcı oldu. "Sumqayıt" səfərində qələbə bizə çox vacib idi. Düşünürəm bu qələbənin ardı da gələcək. Biz "Kəpəz"lə qarşılaşmada qalib gəlsəydik, heç kim indidən "Qarabağ"ı çempion kimi görməzdi. Çempionatın bitməsinə hələ çox var. "Qarabağ" da xallar itirəcək".

C.Hüseynov baş məşqçi Robert Prosineçkinin millidən getmə variantı barədə də danışıb: "Prosineçki tək mənim yox, bütün komanda üçün yaxşı baş məşqçidir. Qalmasını istəyirəm. Həm insan kimi, həm də baş məşqçi kimi müsbət keyfiyyətlərə malikdir. Milli komandadan gedəcəksə, ona uğurlar arzulayıram".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar