Xəbər lenti
Dəhşətli zəlzələ proqnozu verildi

Türkiyəli zəlzələ mütəxəssisi Oğuz Gündoğdu Bursa şəhərində 7 bal gücündə zəlzələ proqnozlaşdırdıqlarını açıqlayıb.
Manevr.az xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 13-də Beynəlxalq Təbii Fəlakətlərin Azaldılması günü münasibətilə Bursa valiliyi ilə Bölgə Təbii Fəlakətlər və Fövqəladə Vəziyyət Müdirliyi birlikdə iclas təşkil ediblər. İclasdan sonra mətbuata açıqlama verən İstanbul Universiteti Geofizika Mühəndisliyi fakültəsinin müəllimi Oğuz Gündoğdu Bursada informasiyaları izlədiklərini və zəlzələ ilə bağlı məlumat əldə etmədiklərini bildirib.
"Nilüfər bölgəsində zəlzələni əvvəlcədən müəyyənləşdirmək üçün çalışırıq. Sistemi qurmuşuq, gələn informasiyanı daima nəzərdən keçiririk. Buradakı sistem vasitəsilə Bursada baş verəcək zəlzələni 1,5 ay əvvəl təxmin edəcəyimizə ümid edirik. Hələlik Bursada zəlzələ ehtimalı görünmür, lakin yeni tapdığımız zəlzələ mərkəzinin harada yerləşdiyini bilmirik, Ürünlü bölgəsində isə yerini cihazlarla müəyyənləşdirmişik" deyən mütəxəssis Bursada sonuncu belə dəhşətli zəlzələnin 1855-ci ildə baş verdiyini xatırladıb və güclü zəlzələlərin 100-200 ildə bir baş verdiyini, 7 bal gücündə zəlzələnin yaxınlaşdığını, fəlakətin qarşısını almaq üçün urbanizasiya prosesinin baş verməsinin vacibliyini vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar