Xəbər lenti
Jurnalist təşkilatı cəbhə bölgəsindəki məktəblərdə vətənpərvərliyi təbliğ edir
“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Cəbhəyanı bölgələrdə yaşayan gənclər arasında vətənpərvərlik təbliğatını gücləndirmək məqsədi ilə tədbirlərin təşkili” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Tərtər rayonunun Xoruzlu kəndində keçirilib. Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, QHT fəalları, jurnalistlər və gənclər iştirak ediblər.
Tərtər rayon Xoruzlu kənd orta məktəbin direktoru Emin Mahmudov gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinin vacib olduğunu bildirib. Direktor deyib ki, rəhbərlik etdiyi pedaqoji kollektiv şagirdlərin vətənpərvər ruhda böyüməsi üçün əlindən gələni əsirgəmir. E.Mahmudov qeyd edib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün təhsil müəssisələri ilə yanaşı, həm də vətəndaş cəmiyyəti institutları səyləri artırmalıdırlar.
“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə layihənin məqsədi barədə geniş məlumat verib. JAM sədri bildirib ki, işçi qrupun qarşısında dayanan əsas vəzifə cəbhəyanı bölgələrdə yaşayan yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatını gücləndirmək, erməni vandalizmini ifşa etmək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğul və qızlarımızın keçdiyi şərəfli döyüş yoluna işıq salmaqdır. S.Verdizadə deyib ki, hər bir Azərbaycan gəncinin öz soy-kökü, keçmişi ilə fəxr etməyə haqqı çatır.
“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Azərbaycan xalqının qəhrəmanlıq ənənələri üzərində formalaşdığını vurğulayıb. “Ruh” sədri deyib ki, yeniyetmə və gənclərimiz tariximizi dərindən öyrənməklə keçmişlə gələcəyin vəhdətini yarada bilərlər.
Ehtiyatda olan baş leytenant Yaşar Hüseynov Birinci Qarabağ Müharibəsində keçdiyi döyüş yolu barədə tədbir şitirakçılarına ətraflı məlumat verib. Keçmiş döyüşçü gəncləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini əziz tutmağa çağırıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar