Xəbər lenti
Əsgərlər zorla dini ibadətə cəlb OLUNURLAR

Ermənistan ordusunda əsgərlərin ibadətə cəlb olunması narazılığa səbəb olub.
Manevr.az-ın apa-ya istinadən məlumatına görə, bu gün Ermənistan parlamentində keçirilən dinləmələrdə müdafiə naziri Vigen Sarkisyan bu məsələyə toxunub.
Nazir Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyanın orduda əsgərlərin ibadətə və dua etməyə məcbur edilməsi, onların arasında ateist və digər dinə inananların olmasının nəzərə alınmaması barədə bəyanatına münasibət bildirərkən deyib ki, o, orduda hərbçilərin dua etməyə və xaç çəkməyə məcbur edilmələrinə dair halla qarşılamayıb.
Müdafiə naziri bildirib ki, belə hallar aşkara çıxarılsa, qanunu pozanları şəxsən cəzalandıracaq: "Eyni zamanda bizim dini institutumuzun nümayəndələri ordu psixologiyasında böyük rol oynayırlar və onlar hər zaman əsgərlərin yanındadır. Biz bu institutun möhkəmlənməsini davam etdirməliyik”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar