Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sabah saat 9-da Azərbaycanda nə baş verəcək?

Tarix: 11-10-2017 15:42     Baxış: 5294 A- / A+
Sabah saat 9-da Azərbaycanda nə baş verəcək?


Sabah "2012 TS4” asteroidi Yerə ən yaxın məsafədən keçəcək.

Manevr.az xəbər verir ki, bunu Trend-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.

Onun sözlərinə görə, asteroid Yerə 43 min km məsafədən keçəcək ki, bu da Ayla Yerin arasındakı məsafədən təxminən 10 dəfə yaxın məsafədir:

"Yəni, asteroid Ayın orbitini kəsəcək. Asteroid yerli vaxtla səhər saat 9-a qalmış, 9-da Yerə ən yaxın nöqtədən keçəcək".

X.Mikayılov deyib ki, asteroidin sürəti saniyədə 7,6 km, başqa sözlə 1 saatda 28 min km-dir. Asteroidin diametri təxminən 10, uzunluğu 40 metrə yaxındır: "İlkin hesablamalar göstərir ki, Yerə yaxın məsafədən keçməsinə baxmayaraq, onun Yerə yaxınlaşmasının Yer üçün heç bir təhlükəsi yoxdur".

X.Mikayılov asteroidin keçidinin səhər saatlarında teleskop vasitəsilə müşahidə etmək mümkün olacağını qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar