Xəbər lenti 
					
 
		İçərisində azərbaycanlıların da olduğu gəmi saxlanıldı - Qara dənizdə
Rusiyanın Qara dəniz sahillərində yerləşən Tuapse limanında içərisində azərbaycanlıların da olduğu, Türkiyənin “Te Trade & Supply Co” şirkətinə məxsus “Aydın" yük gəmisi saxlanılıb.
Manevr.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 7 ukraynalı və 4 azərbaycanlıdan ibarət heyət üzvləri özləri Novorossiyskdə Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının müfəttişlərinə müraciət ediblər. Onlar maaşların gecikməsi, pis iş və yaşayış şəraitindən şikayətləniblər.
Rusiya Dənizçiləri Həmkarlar İttifaqının məlumatına görə, gəmi sentyabrın 12-də Tuapse limanına yaxınlaşıb. Ərzağı və yanacağı bitmiş gəminin özü isə qəzalı vəziyyətdə olub. Maaşlarının bir neçə ay gecikməsi səbəbindən şirkətin heyət üzvlərinə 22 600 dollar borcu yığılıb.
Gəmi Beynəlxalq Əmək Təşkilatının tələblərini pozduğu üçün saxlanılıb. Gəmi heyətinə ərzaq, su və yanacaq verilib.
Ukrayna vətəndaşları artıq repatriasiya üçün müraciət ediblər. Şirkət rəhbərliyinin işçilərə maaşları ödəməsi istiqamətində iş gedir.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















