Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Bu, erməni dəyirmanına su tökməkdi... ” - Separatçılığı dəstəkləməkdə ittiham olunan şöbə müdiri prezidentə müraciət edib

Tarix: 10-10-2017 15:55     Baxış: 4317 A- / A+
“Bu, erməni dəyirmanına su tökməkdi... ”


Son günlər guya İraq Kürdüstanında keçirilən referendumu təbliğ etməkdə ittiham edilən Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət ünvanlayıb.

Manevr.az bildirir ki, AzFakt.info-ya göndərilən müraciətdə F. Tanrıverdiyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Dövlət Təhlükəsizlik Xidmtəinin rəisi Mədət Quliyevə müraciət edərək bildirirəm ki, son günlər kütləvi informasiya vasitlərində mənə qarşı məqsədli şəkildə kampaniya aparılır: "Kampaniyanı təşkil edənlər mənim milli mənsubiyyitəmi qabardaraq ictimaiyyətdə belə bir fikir yaratmağa çalışırlar ki, guya mən İraq Kürd Muxtariyyətinin lehinə separat təbliğatla məşğul olmuşam. Bunu iddia edənlər bir neçə ay əvvəl mənim Prezidentimiz cənab İlham Əliyevin İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzanilə görüşündən çəkilən və mətbuatda yayılan şəklini və İraq kürd Muxtariyyətinin rəhbəri Bərzaninin referendumla bağlı fotosunu facebook sosial şəbəkəsində paylaşmağımdan istifadə edirlər. Baxmayaraq ki, bu paylaşımın üzərindən aylar keçib, nədənsə bu fotolar 25 sentyabr 2017-ci il tarixdə maraqlı qüvvəllərin yadına düşüb".

Şöbə müdiri müraciətində bildirib ki, bununla bağlı ona müxtəlif zənglər olunur və psixoloji təzyiqlər göstərilir: "Mən və bütün ailə üzvlərim bu psixoloji təzyiq altında güclü stress vəziyyətinə düşmüşük. Buna görə də Cənab Prezidentimizə və rəsmi qurumlara müraciət edərək bildirirəm ki, əgər mənim əməlimdə cinayət tərkibi varsa, qanun çərçivəsində məsuliyyətə cəlb olunum. Belə bir hal olarsa, Azərbaycan Respublikasının qanunları qarşısında cavab verməyə hazıram. Əgər şəkil paylaşmaq cinayət deyilsə, o zaman nədən bilərəkdən bəziləri məni və ailə üzvlərimi qeyri-etik, əxlaqa zidd ifadələrlə sosial şəbəkələrdə, hətda bəzi kütləvi informasiya vasitələrində təhqir edirlər".

F. Tanrıverdiyev prezidentə müraciətlə xahiş edir ki, bunu bilərəkdən, məqsədli şəkildə edənlərin qanun çərçivəsində məsuliyyətə cəlb edilsinlər.

"Onu da bildirim ki, mənə qarşı olan bu kampaniya işlədiyim rayonda müxtəlif vəzifəli şəxslər tərəfindən qərəzli olaraq təşkil edilir. Baxmayaraq ki, artıq neçə gündür mən Facebook səhifəmdən istifadə etmirəm bəzi saytlar (axar.az və s.) guya mənim separatizmi təbliğ edən yeni fotoşəkillər paylaşmağım barədə yalan informasiyalar yayırlar. Burada bir daha bildirirəm ki, bizim ailəmiz, mənim atam və babalarım hər zaman Azərbaycan dövlətinin xidmətində olublar. Atam Qarabağ müharibəsinin veteranıdır. Özüm Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi lazımı səviyyədə xidmət etmişəm.

Sonda vurğulayım ki, tarixən Azərbaycanda yaşayan kürdlər hər zaman dövlətçiliyimizə sadiq olublar, bu, bu gün də belədir. Biz dövlətə, dövlətçiliyə, Ulu Öndərimizin ideyalarına, Cənab Prezidentimizə sadiqik və hər zaman da Vətən yolunda canımızdan keçməyə hazırıq. Onlarla kürd əsilli Azərbaycan vətəndaşı Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib, canından keçib, şəhid olub. Çünki bizim vətənimiz Azərbaycandır.

Mən aldığım ali təhsilə, həyatda tutduğum vəzifəyə və mövqeyə görə öz dövlətimə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə daim minnətdaram. Ali Baş Komandan olaraq onun döyüş əmrini gözləyənlərin biri də mənəm. Bunlarla yanaşı bəzi özünü müstəqil adlandıran saytların barəmdə yaydığı məlumatlar yalan, böhtan və iftira olmaqla tamamilə əsassızdır. Mən Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycan Prezidentinə ömür boyu sadiq olmağımla fəxr etmişəm. Bu gün də bu əqidəmə sadiqəm. Mənim barəmdə həddən artıq şişirdilmiş, diqqət cəlb etmək üçün məxsusi şəkildə qabardılmış, məqsədli olaraq yayılmış həmin məlumatlar cəfəngiyyatdan başqa bir şey deyil. Mən bunu ölkədə guya milli dözümsüzlüyün olması, multikultural dəyərlərin pozulması kimi fikir formalaşdırmağa çalışanların, “bulanıq suda balıq tutmaq” istəyənlərin Azərbaycan dövlətinə qarşı fəaliyyəti kimi qiymətləndirirəm. Bu hərəkətlər Azərbaycanda digər etniklərə qarşı təzyiqlərin olması barədə ermənilərin yaydığı yalanlara ortaq olmaq və Azərbaycanın düşmənlərinin əlinə fürsət verməyə xidmət edir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar