Xəbər lenti
Bu muzeyə giriş pullu oldu

Qanunvericiliklə müəyyən edilən sahibkarlıq fəaliyyətinə uyğun olaraq AMEA Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeyin xidmətlərinin qiymətləri təsdiqlənib.
AMEA-dan verilən məlumata görə, qiymətlər uşaqlar və böyüklər üçün ayrı-ayrılıqda müəyyən olunub.
Məlumat üçün bildirək ki, Zooloji Muzeydə 257 növ onurğalı heyvan, o cümlədən 44 növ məməli, 116 növ quş, 36 növ sürünən, 13 növ suda-quruda yaşayan və 50 növ balıq eksponatları nümayiş olunur. Təbii heyvan müqəvvaları içərisində Azərbaycan faunasına, eyni zamanda, dünya faunasına aid nümunələr vardır. Azərbaycanın "Qırmızı Kitabı”na salınmış Xəzər qızılbalığı, adi zərdəpər, karelin tritonu, Qafqaz xaçlıcası, Aralıq dənizi tısbağası, Pallas təlxəsi, çəhrayı qutan, flaminqo, qızılquş, Qafqaz tetrası, Hindistan tirəndazı, qonur ayı, Xəzər suitisi, Avropa cüyürü, maral, ceyran kimi nadir növlərin eksponatları faunamızın növ müxtəlifliyi haqqında ətraflı təsəvvür yaradır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar