Xəbər lenti
Azərbaycan bu sahədə aparıcı rol oynayır - Karacova
Azərbaycan enerji mənbələrinin və təchizat yollarının şaxələndirilməsi baxımından aparıcı rol oynayır.
Manevr.az xəbər verir ki, bunu Bakıda Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Bolqarıstandan olan səfiri Gergana Karacova Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
O bildirib: “Cənab Prezident, bizi qəbul etdiyinizə görə minnətdarıq. Siyasi və Təhlükəsizlik Məsələləri Komitəsində Bolqarıstanın təmsilçisi və həmkarlarım üçün Sizinlə görüşməkdən böyük məmnunluq və şərəf hissi duyuruq.
Azərbaycanın yerləşdiyi region iki məqam baxımından bizim üçün çox vacibdir. Birincisi, Qara dəniz və Xəzər dənizi bölgəsində sabitlik, təhlükəsizlik və demokratiya məsələləri ilə bağlıdır. İkinci məqam isə fransız həmkarım və Sizin də qeyd etdiyiniz kimi, enerji və nəqliyyat dəhlizlərini nəzərdə tutur. Həqiqətən, Cənub Qaz Dəhlizi çox mühüm marşrutdur. Biz enerji mənbələrinin və təchizat yollarının şaxələndirilməsi üzərində birgə çalışırıq. Bu baxımdan, Azərbaycanın oynadığı aparıcı rolu alqışlayırıq. Həmin layihənin başa çatdırılması mənim ölkəm və Avropa İttifaqının enerji təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir. Siz də qeyd etdiniz ki, 2020-ci ildən başlayaraq bu marşrutla enerji daşıyıcılarının nəqlinin reallaşması vacibdir. Körfəz ölkələrindən Qara dəniz regionuna multimodal daşımalar marşrutu da çox əhəmiyyətlidir. Bu baxımdan, Asiyadan Avropaya marşrutun qurulmasında geosiyasi çağırışların üstünlüklərə çevrilməsi məqsədəuyğundur”.
G.Karacova vurğulayıb ki, enerji məsələsi Avropa İttifaqının gündəliyində əsas yer tutur: “Sədrimiz də qeyd etdi ki, Azərbaycanla münasibətlərimiz təkcə bununla məhdudlaşmalı deyil. Biz Avropa İttifaqı ilə yeni əhatəli sazişin razılaşdırılmasını çox alqışlayırıq. Ümid edirəm ki, sazişin mətni tezliklə yekunlaşdırılacaq. Siz bir sıra ölkələrlə strateji tərəfdaşlıq sazişlərini qeyd etdiniz. Mənim də ölkəm onların sırasındadır və həmin münasibətləri yaradıb. Fransalı həmkarımın sualından irəli gələrək, regional konteksti, mühüm qonşularınızın və tərəfdaşlarınızın, xüsusən də İranın və Türkiyənin regional siyasəti barədə daha ətraflı danışsanız, Sizə minnətdar olardım”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar