Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Qanunsuz ağac kəsən şəxs cərimələndi

Tarix: 04-10-2017 13:11     Baxış: 5338 A- / A+
Qanunsuz ağac kəsən şəxs cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Qaradağ rayon sakini Nizami Cəfərov tərəfindən Qaradağ rayonu Ələt qəsəbəsi Hərbi şəhərciyin ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən Ərazi üzrə Mənzil İstismar Sahəsinin nümayəndələrinin və şikayətçinin iştirakı ilə yerində araşdırılıb.
Sözügedən əraziyə keçirilən baxış zamanı yaşköküstə 49 sm diametrliyində 1 Eldar şamı ağacının qanunsuz kəsildiyi məlum olub. Aparılan araşdırma zamanı ağacın Qaradağ rayonu Ələt qəsəbə sakini Rəşad Fərzəliyev tərəfindən kəsildiyi və təbiətə 2550 manat məbləğində ziyan vurulduğu müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Qaradağ rayon Prokurorluğuna göndərilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar