Xəbər lenti
Rövnəq Abdullayevdən Rəşad Sadıqova sürpriz
Çexiya yığmasına qarşı 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl “Qarabağ”ın futbolçusu Rəşad Sadıqovun Azərbaycan milli komandası ilə vida mərasimi təşkil olunacaq.
Manevr.az xəbər verir ki, bu barədə “report”a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, canlı yayıma təsadüf etdiyindən, tədbir elə də uzun müddətli nəzərdə tutulmayıb. E.Məmmədov AFFA rəhbərliyinin Sadıqova sürpriz hazırladığını da açıqlayıb: “2015-ci il oktyabrın 10-da İtaliya ilə Avropa çempionatının seçmə qrup oyunundan əvvəl də buna bənzər tədbir təşkil etmişdik. Həmin mərasim Rəşad Sadıqovun Azərbaycan millisində 100-cü oyununu keçirməsi ilə əlaqədar idi. Bu dəfə isə oyundan əvvəl yolasalma mərasimi təşkil edəcəyik. Amma nələrin olacağı qoy, sürpriz qalsın”.
Baş katib oyunöncəsi tədbirdən sonra Sadıqovun sonuncu dəfə milli komanda forması ilə meydana çıxacağını əlavə edib.
Qeyd edək ki, oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Çexiya matçı saat 20:00-da başlanacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar