Xəbər lenti 
					
 
		Saunada ər-arvadın başına oyun açdılar - BAKIDA

Manevr.az xəbər verir ki, jurnalist İlkin Bağırov maraqlı paylaşım edib.
O, Bakıda baş verən hadisəni paylaşıb. Jurnalistin dediyinə görə, Bakıda həyat yoldaşıyla saunaya gedən kişinin başına oyun açıblar. Belə ki, polis saunada reyd keçirib və ərlə arvadı saxlayıb:
"Kişi öz həyat yoldaşı ilə saunaya gedib. Bu zaman cütlük polisin əxlaqsızlara qarşı keçirdiyi reydin qurbanına çevrilib. Keyfin kulminasiya nöqtəsində olub rahatlanan vaxt polislər bunları tutublar. Kişi and-aman edib ki, əşşi, arvadımdı, buraxın gedək. İnanmayıblar, bunlarla məzələniblər. Kişiyə deyiblər ki, ayıbdır, adam "polojeniyadan çıxmaq" üçün əxlaqsız qadına "arvadımdır" deməz. Qadına da sataşıblar."
Jurnalistin yazdığına görə, daha sonra cütlüyü polis bölməsinə aparıblar və nigah kağızına baxışdan sonra onlar sərbəst buraxılıb:
"Axırda da məsələni "aydınlaşdırmaq" üçün hər ikisini bölməyə aparıblar. Qadın bölmədə qalıb gözləyib, kişi isə gedib evdən "zaqs" kağızını, şəxsiyyət vəsiqələrini gətirib təqdim edəndən sonra onları buraxıblar. Bax belə... P.S. Sözümün canı odur ki, kiminlə, hara və nə vaxt getdiyinizə diqqət edin". (azxeber.com)
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















