Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İngilis dili müəlliməsi ABŞ-dan gəlib Qusarda corab satır - FOTOLAR

Tarix: 29-09-2017 13:35     Baxış: 5397 A- / A+
İngilis dili müəlliməsi ABŞ-dan gəlib Qusarda corab satır
ABŞ-ın Minnesota ştatından olan müəllim Teresa Hamlin Azərbaycanda toxunan corabların satışını təşkil edərək, özünün şəxsi biznesini qurub.
Manevr.az azertag-a istinadən xəbər verir ki, Teresa Hamlin hazırda Qusar rayonunda yaşayır. Azərbaycana 2002-ci ildə ingilis dili müəllimi kimi işləməyə gəlmiş Teresanın "Azərbaycan corabları” (Azerbaijani Socks) şirkəti artıq iki ildir fəaliyyət göstərir.

Teresa Hamlin bildirir ki, ilk dəfə Qusara universitetdə oxuduğu zaman müəllimlik təcrübəsi qazanmaq üçün gəlib. Rayon onun çox xoşuna gəldiyindən iş tapıb həmişəlik burada yaşamaq qərarı verib. Şahdağ Turizm Mərkəzində işə düzələn Teresa yerli adət-ənənələrlə yaxından maraqlanmağa başlayıb. Özünü yarı azərbaycanlı, yarı amerikalı sayan Teresa Hamlin Azərbaycan dilində sərbəst danışır.

O, corab biznesinə təsadüf nəticəsində başlayıb. Belə ki, anası Qusara qonaq gələndə ona ləzgi corabı hədiyyə edib. Minnesota soyuq yer olduğundan corablar amerikalı xanımın işinə çox yarayıb. Hədiyyə corablar vaxt keçdikcə cırılsa da, onları yamayaraq geyinib və Teresadan yenidən corab göndərməsini xahiş edib. "Corablar anamın çox xoşuna gəlmişdi. Fikirləşdim ki, anamın Amerikada seçim imkanı çoxdur. O, geyim üçün nə istəsə ala bilər. Amma bu corablar onun xoşuna gəlibsə, yəqin ki, başqa amerikalıların da xoşu gələcək. Elə də oldu”, - deyə Teresa Hamlin bildirib.

Teresa Qusarla yanaşı, digər şimal rayonlarından, eləcə də Gədəbəy və İsmayıllıdan olan toxucu qadınlarla işləyir. O, toxumaq bacarığı olan qadınları ip və digər ləvazimatlarla təmin edir.

Amerikalı sahibkarı bizneslə yanaşı, toxuculuq sənətinin yaşaması da maraqlandırır. Onun sözlərinə görə, indi corab toxuyanların əksəriyyəti yaşlı insanlardır. Gənclər isə bu maraqlı əl işlərini hazırlamağa həvəsli deyillər. Amma gəlir qazanmaq imkanı olanda, onlar da həvəslə corab toxuyacaqlar.

Bu işə başlayanda corabların əsasən turistlər üçün satışını nəzərdə tutan Teresa deyir: "İndi toxunma corabları xarici ölkələrdəki müştərilərə də satıram. Minnesota soyuq yerdir. Orada da bir neçə dükanda corabları satışa qoymuşam. Gələcəkdə corabları Amerikanın başqa ştatlarında da satmaq istəyirəm.”

Teresa Hamlin gələcəkdə biznesini genişləndirmək və daha çox toxucu qadını işlə təmin etməyi planlaşdırır.
İngilis dili müəlliməsi ABŞ-dan gəlib Qusarda corab satır
İngilis dili müəlliməsi ABŞ-dan gəlib Qusarda corab satır
İngilis dili müəlliməsi ABŞ-dan gəlib Qusarda corab satır

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar