Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyədən qayıdan yazıçı aeroportda həbs olundu

Tarix: 29-09-2017 10:13     Baxış: 4251 A- / A+
Türkiyədən qayıdan yazıçı aeroportda həbs olundu
Son iki ildə Türkiyədə yaşamış özbək yazıçısı və dissidenti Nurulla Məhəmməd Raufxan Daşkənd aeroportunda həbs olunub.

Manevr.az xarici mediaya istinadla xəbər verir ki, ölkəyə qayıdan yazıçıya iki maddə ilə cinayət işi açılıb.

O, konstitusiya quruluşuna qəsddə və ictimai təhlükəsizliyə ziyan vuran material hazırlayıb yaymaqda ittiham olunur.

Daşkənd Baş Polis İdarəsi istintaq şöbəsinin müdiri Daniyer Daşxocayev bununla bağlı keçirdiyi brifinqdə təhqiqat aparıldığını bildirib: "Ola bilər, yeni ekspertiza təyin olunsun. Əgər onun fəliyyəti aministiya aktındakı maddələrə düşsə və ya günahı təsdiqlənməsə, təbii ki, qanunvericliyə uyğun müvafiq addımlar atılacaq".

Nurulla Məhəmməd Raufxan Özbəkistanın mərhum prezidenti İslam Kərimovun idarəçiliyini tənqid edən "Bu günlər" kitabının müəllifidir. Yeni prezident Şövkət Mirzyayevin bir müddət əvvəl Nyu Yorkada ölkədən kənarda yaşayan həmvətənlərini vətənə dönməyə çağırmasından sonra yazçının ümidləndiyi qeyd olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar