Xəbər lenti
Oğuzda bu küçədən keçənlər baş əyir - Video
Oğuz rayonuna mavi yanacağın çəkilməsi sakinləri tragikomik problemlə üzləşdirib.
Manevr.az ARB TV-yə istinadən xəbər verir ki, Oğuzun 20 yanvar küçəsi görənlərin marağına səbəb olur. Küçədəki piyada səkisi elə salınıb ki, ərazidən keçmək üçün sakinlər ikiqat əyilməli olur. Sakinlər aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, Rayon İcra hakimiyyəti günahı “Azəriqaz”ın, “Azəriqaz” isə icra hakimiyyətinin üstünə atır.
Əslində, oxşar problem bir çox rayonlarda yaşanır. Hətta bəzi yaşayış evlərində həyətə girişi bağlayan qaz xətlərini görmək mümkündür. Aidiyyəti qurum isə bildirir ki, layihə işlənərkən sakinlərin rəyini nəzərə alaraq, hər evdə bir giriş qapısı üçün yer müəyyən olunur. Bir müddət keçdikdən sonra isə ikinci qapının açılması və ya qapı yerinin dəyişdirilməsi problemlərə gətirib çıxarır.
Digər problem isə bəzi küçələrdə qaz boruları ilə elektrik xəttləri arasında məsafənin az saxlanılmasıdır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar