Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Bu qatarla biz Tbilisidən Qarsa gəldik" -Cavid Qurbanov

Tarix: 28-09-2017 15:32     Baxış: 5343 A- / A+
"Bu qatarla biz Tbilisidən Qarsa gəldik"
"Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan "Bakı-Tbilisi-Qars" dəmir yolu layihəsi çox geniş əraziləri, böyük mədəniyyətləri birləşdirəcək. Bu yolun tikintisinin başa çatdırılması çox böyük uğurdu”.

Manevr.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolu" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, inşaası yekunlaşan BTQ-nin ilk sınağı uğurla başa çatdı: "Bu qatarla biz Tbilisidən Qarsa gəldik. Bu böyük tarixi hadisədir. Yaxın günlərdə dövlətlərimizin başçılarının iştirakı ilə BTQ- nin rəsmi açılışı olacaq”.

C.Qurbanov bildirib ki, dünyanın ən böyük layihələrindən biri olan BTQ dəmir yolu layihəsinin təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevin tərəfindən irəli sürülüb: "Bu yolun Gürcüstan ərazisindəki tikintisi də Azərbaycanın verdiyi sərfəli kredit hesabına və Azərbaycan şirkətlərinin iştirakı ilə həyata keçirilib. Bu layihə təkcə bizim ölkələrimiz və xalqlarımız üçün deyil, dünya dövlətləri üçün böyük əhəmiyyətə malikdir.

Qədim İpək yolunun tərkib hissəsi olan BTQ Çindən Londonadək olan böyük əraziləri əhatə edir. BTQ sivilizasiyaların inkisafinda mühüm rol oynayacaq".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar