Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

“Bu, əvvəllər məscidlərdə gizli həyata keçirilirdi” - QMİ

Tarix: 28-09-2017 13:18     Baxış: 4433 A- / A+
“Bu, əvvəllər məscidlərdə gizli həyata keçirilirdi”
Bu ildən başlayaraq, mərkəzi məscidlərdə Quran kursları açılıb. Bu, əvvəllər məscidlərdə gizli, qeyri-qanuni həyata keçirilirdi. İndi isə bu, qanuni olacaq.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin 1-ci müavini Salman Musayev “Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, müstəqilliyin ilk illərində xaricə gedib dini təhsil alan gənclər sonradan gəlib Azərbaycanda radikalizm meyilləri yaratmağa cəhd etdilər: “O zaman xaricdə təhsil alanlar məzhəb ayrı-seçkiliyi yaratmaq fikri ilə Azərbaycana gəlib iş görməyə başladılar. Bu da Azərbaycan gənclərinin müəyyən hissəsinin son dövrlərdə İslam aləmində mənfi istiqamətə gedən proseslərə yönəlməsinə təsir etdi”.
S.Musayev deyib ki, biz həmrəy olmalıyıq: “Bu halda qarşımıza çıxan problemlərin həllində mühüm rol oynaya bilərik. Məscidlərdə məzhəblərindən asılı olmayaraq, birgə namaz qılınır. Bu gün bu tolerantlıq davam etdirilir və bundan sonra da davam etdiriləcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar