Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezident pambıqçı qadına avtomobil hədiyyə etdi - VİDEO

Tarix: 28-09-2017 12:18     Baxış: 5275 A- / A+
Prezident pambıqçı qadına avtomobil hədiyyə etdi
Kamilxan Rüstəmova deyir ki, həmin gün çıxışa hazırlaşmayıb. Təsadüfən tribunaya qalxıb sözünü deyib. O, İlham Əliyevə hakimiyyətinin əbədiliyini arzulayandan sonra ölkə başçısı ona “NAZ LİFAN” markalı avtomobil hədiyyə edib. Ardınca 26 sentyabrda keçirilən referendum seçkisi ilə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb və namizədlər üçün yaş senzi aradan götürülüb.
Kamilxan Rüstəmova 7-ci sinifə qədər təhsil alıb. Ondan sonra pambıqçılıqla məşğul olan qadın 30-dan çox mükafat qazanıb. “Lenin” mükafatını alarkən eks prezident Heydər Əliyev də ona maşın hədiyyə edib. Deyir, Cəbrayıldan köçkün düşərkən maşın rayonda qalıb.
Kamilxan Rüstəmova Biləsuvarda Cəbrayıldan olan köçkünlər üçün tikilən qəsəbədə qalır. Ötən il işıqların tez-tez kəsilməsinə görə qəsəbə əhalisi etiraza çıxmışdı və 5 nəfər həbs olunmuşdu. Kamilxan Rüstəmova deyir ki, o, etiraza qoşulmayıb. Hökumət nümayəndələrinin atacağı addımları gözləyib.
İlham Əliyev hələ ki, müstəqil Azərbaycan tarixinin ən uzunmüddətli dövlət başçısıdır. O, 2013-cü ildə üçüncü müddətə bu vəzifədə yer alıb. 14 ildir hakimiyyətdə olan İlham Əliyev referendumla konstitusiyaya edilən dəyişiklikdən sonra vitse-prezident vəzifəsinə xanımı Mehriban Əliyevanı gətirib. Avropa Şurasının Venesiya Komissiyası dəyişikliklərin prezidentə misli görünməmiş səlahiyyət verməklə hakimiyyət balansını kəskin pozduğunu bildirib.
Kamilxan Rüstəmova isə düşünür ki, İlham Əliyevdən sonra heç kim o kürsüyə layiq deyil.(meydantv)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar