Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu klaviatura proqramı 200 milyon istifadəçini izləyir

Tarix: 28-09-2017 09:22     Baxış: 4367 A- / A+
Bu klaviatura proqramı 200 milyon istifadəçini izləyir


"Android" mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün populyar klaviatura proqramlarından biri olan "GO Keyboard" istifadəçiləri izləyir. Bu haqda reklam elanlarını bloklayan "AdGuard" şirkəti məlumat verib. Məlumata görə, "GO Keyboard" mobil proqramı "Google" elektron poçtu, ekranın ölçüsü, "Android" sisteminin versiyası və qurğunun modeli haqda informasiyanı serverə göndərir. İstifadəçilər klaviaturanın köməyi ilə parol, ünvan, telefon nömrələri və başqa vacib məlumatlar daxil etdiyinə görə istehsalçılar bu informasiyanı toplaya bilərlər.

"Biz kredit kartı haqda informasiya daxil olmaqla heç vaxt sizin fərdi informasiyanızı toplamayacağıq. Biz sizin məxfiliyinizi qoruyuruq" - "GO Keyboard" proqramının yaradıcıları bildiriblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "AdGuard" şirkətinin mütəxəssisləri artıq bu barədə "Google" şirkətinə məlumat veriblər. İndi axtarış nəhəngi "GO Keyboard" proqramı ilə bağlı öz qərarını nəzərdən keçirir. Reklam bloklayan şirkət istifadəçilərə öz qurğularından "GO Keyboard-Emoji keyboard", "Swipe input", "GIFs" və "GO Keyboard-Emoticon keyboard", "Free Theme", "GIF" proqramlarını silməyi tövsiyə edib, çünki onlar fərdi informasiyanı Çində yerləşən serverə göndərə bilər. Bu məlumatlar onlarla reklam şəbəkəsi və kənar resurslara ötürülür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar