Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Universitetlərdə idmançıların təhsili üçün plan yeri ayrılsın” – TƏKLİF

Tarix: 26-09-2017 13:16     Baxış: 4345 A- / A+
“Universitetlərdə idmançıların təhsili üçün plan yeri ayrılsın”

“Azərbaycanda cəmi 32 faiz tələbə dövlət sifarişilə təhsil alır. Amma mənə elə gəlir ki, burada bir natarazlıq var. Dövlət sifarişli təhsil almaq istəyən şəxslər üçün müəyyən qədər plan yeri olur və dolduqdan sonra digər tələbələr ödənişli təhsil almalı olurlar. Elə tələbələr var ki, 1 bal az topladığına görə ödənişli təhsil almalı olur”.
Manevr.az turkustan.info-nun məlumatına görə bildirir ki, Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fuad Muradov belə deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycanda idmançı gənclərin təhsil alması üçün ancaq bir imkan var.
“Bu da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıdır. Digər ölkələrdə isə bu prosedur tamamilə fərqlidir. Əgər biz 8-9-cu sinifdə oxuyan şəxsin nailiyyətləri, idmana marağı, gələcəkdə olimpiya çempionu ola biləcəyini görürüksə, onun üçün şərait yaradılmalıdır. Həmin uşaqlar çox böyük seçim qarşısında qalırlar. Bəzən valideynləri perspektivli uşağa deyir ki, “səndən idmançı çıxar-çıxmaz bilmirəm, get repetitor yanına, universitetə daxil ol”. Bununla da biz bir idmançını itiririk. Daha sonra isə məcbur olub komandalarımıza həmin yaşda şəxsləri legioner olaraq cəlb edirik . Bu çox ciddi problemdir. Əgər gələcəkdə yığmalarımızın tam milli olmağını istəyiriksə, indidən onlara stimul verməliyik. Milli Məclisin Gənclər və idman komitəsi olaraq təklif edirik ki, hər bir universitetdə idmançıların təhsil alması üçün müəyyən plan yeri ayrılsın . Avropada idmaçının müəyyən nəticələri varsa, o, ümumi bir imtahat verib universitetə daxil olur. Biz indidən həmin idmançılara köməklik etməliyik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar